Milli lider Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi:
"Bələdiyyə seçkiləri Azərbaycanda ilk dəfə keçirilir. Bələdiyyələrin yaranması və onlara seçkilərin keçirilməsi barəsində 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir". Digər bir çıxışında milli lider belə bir məqama da toxunub: "Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir…. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir".
Lənkəran bələdiyyəsinin artıq yeni saytı Sizlərə təqdim edilir. Sayta baxan hər bir şəxsi əməkdaşlığa dəvət edir və inanırıq Sizlərin təklif və tövsiyələri nəticəsində bələdiyyəmizin fəaliyyəti bundan sonra daha da səmərəli olacaq, o cümlədən üzərimizə götürdüyümüz tapşırıqları layiqincə yerinə yetirə biləcəyik.